Qlobal istiləşmə aviadaşımalara zərbə vuracaq


Digərləri 12 Avq 2019 18:45:00 240 0

Qlobal istiləşmə aviadaşımalara zərbə vuracaq

İngiltərənin Redinq Universitetinin alimləri iddia edirlər ki, qlobal istiləşmə aydın səmada turbulentliyin artmasına səbəb olacaq, bu isə aviasərnişinlər üçün böyük təhlükədir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqatçılar aşkar ediblər ki, Arktikada istiləşmə stratosferin aşağı qatında havanın temperatunu aşağı salır. Bununla eyni zamanda ekvator üzərində troposferin yuxarı hissəsi qızır. 

Ekvatorla qütblər arasındakı temperatur fərqi nə qədər yüksək olarsa, Şimali Atlantika üzərindən qərbdən şərqə doğru yüksək hava axınları da bir o qədər güclü olur. Troposferin aşağı hissəsində əks-tendensiya yaranır: temperatur mülayimləşir və hava axını zəifləyir. 

Hər iki proses bir-birini kompensasiya etsə də, son zamanlar küləyin sapmasının gücləndiyi müşahidə olunur: atmosferin nisbi kiçik hissəsində küləyin istiqaməti və sürəti əhəmiyyətli dərəcədə dəyişir. Yuxarı hava axını dəyişmir, aşağı isə zəifləyir.  Beləliklə, eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır. 1979-cu ildən etibarən küləyin şaquli yerdəyişməsi 15% artıb.

(adsgarden = window.adsgarden || []).push({});