PKKçı qadın DƏHŞƏTLİ FAKTLAR açıqladı


Dünya 12 Avq 2019 16:45:00 228 0

PKKçı qadın DƏHŞƏTLİ FAKTLAR açıqladı

Türkiyənin Van şəhərində hərbçilərə təslim olan PKK-çı qadın sözügedən terror təşkilatı ilə bağlı bəzi faktları danışıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan terrorçu qadın PKK-nın edam siyasətinə başladığını bildirib.

"Təşkilat liderləri öz bacarıqsızlıqlarında sadə üzvləri ittiham edirlər və müxtəlif işgəncələrə məruz qoyurlar. PKK-çılar təşkilat liderlərinin bu amansız hərəkətlərindən xilas olmaq üçün qaçmaq yolunu seçirlər. Liderlər yaşı 18-dən az olan uşaqları müxtəlif vədlərlə aldadaraq, təşkilata cəlb edirlər, sonra narkotik maddələrin vasitəsilə özlərindən asılı hala salırlar", - o bildirib.

PKK-çı qadın artıq bir çox terrorçunun Türkiyə dövlətinə təslim olmaq istədiyini deyib.