“Dəniz kuboku – 2019” müsabiqəsinin iştirakçıları arasında mini-futbol turniri keçirilib (FOTO)


Digərləri 12 Avq 2019 16:30:00 158 0

“Dəniz kuboku – 2019” müsabiqəsinin iştirakçıları arasında mini-futbol turniri keçirilib (FOTO)

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini-futbol yarışı keçirilib.

Bakı. “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini-futbol yarışı keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. İlk görüşdə İran komandası ilə qarşılaşan Rusiya hərbi dənizçiləri qalib gəlib. Azərbaycan və Qazaxıstan komandalarının oyunu isə dənizçilərimizin qələbəsi ilə başa çatıb. Final oyunlarında Azərbaycan komandası Rusiya dənizçilərinə, İran hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.