Boğulan 4 uşaqdan birinin dənizdən çıxarıldığı an


Dünya 12 Avq 2019 12:48:00 257 0

Boğulan 4 uşaqdan birinin dənizdən çıxarıldığı an

Dünən Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən batan 4 uşağın faciəsi ölkədə şok effekti yaratdı.

Son.az Haberler-ə istinadən xəbər verir ki, eyni gündə oxşar hadisə qardaş ölkədə də baş verib.

Beləki, Qurban Bayramı tətili üçün Ankaradan İstanbula gələn və sərinləmək üçün Bostancıda dənizə girən 4 uşaq boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xoşbəxtlikdən Bakıdakı olaydan fərqli olaraq uşaqların 3-nün həyatını xila etmək mümkün olub. Bir uşaq isə xilas edilib kənara çıxarılsa da, bütün müdaxilələrə baxmayaraq həyatını xilas edə bilməyiblər.

Hadisə yerli saatla axşam 6-nın yarısında baş verib.

Boğulan uşağın xilasedilmə anının fotolarını təqdim edirik:

Turqut Mİlli.Az


Xəbərə aid fotolar