Qonşu ölkənin qaz istehsalı nə qədərdir?


Dünya 12 Avq 2019 10:19:00 269 0

Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

"İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Milli Qaz Şirkətinin rəsmisi Mehdi Cəmşidi Dana deyib.

M.Cəmşidi Dananın sözlərinə görə, bu göstərici isə 5 milyon barel xam neftə bərabərdir. o, əlavə edib ki, İranın qaz şəbəkəsi yetərinə böyükdür və qaz nəqli çox yaxşı formada həyata keçirilir:

"İranda 30 min kilometrdən çox boru xətti, 82 qaz təzyiqini gücləndirmə stansiyası, 296 turbo-kompressor mövcuddur".