Ruhani: "Yaxın Şərqdə gərginliyin azalması hamının..."


Dünya 12 Avq 2019 09:39:00 214 0

Ruhani: "Yaxın Şərqdə gərginliyin azalması hamının..."

"Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Qətərin şeyxi Tamim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı deyib.

H.Ruhani bildirib: "Təhran əmindir ki, regionda gərginliyin azalması hamının xeyrinə olacaq. Ümid edirik ki, amerikalılar anlayacaq ki, onların seçdiyi yol səhvdir və bu yolda qalib gələn tərəf olmayacaq. Onlar öz davranışlarını dəyişməlidirlər".

İran prezidenti qeyd edib ki, bəzi ölkələr Fars körfəzində həyata keçirdikləri fəaliyyətləri ilə bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar.