Dənizdə batan şəxsin meyiti tapılıb


Digərləri 12 Avq 2019 08:14:00 189 0

Dənizdə batan şəxsin meyiti tapılıb

10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb

Bakı. 10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.