3 otaqlı ev yanıb


Digərləri 12 Avq 2019 08:06:00 229 0

3 otaqlı ev yanıb

İmişlidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, İmişli rayonunun Rəsullu kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.