BMT TŞ Liviyadakı missiyasının əməkdaşlarına hücumu pisləyib


Dünya 12 Avq 2019 07:55:00 255 0

BMT TŞ Liviyadakı missiyasının əməkdaşlarına hücumu pisləyib

BMT Təhlükəsizlik Şurası Liviyada BMT missiyasının əməkdaşlarına hücumu qətiyyətlə pisləyib.

Trend-in "RİA Novosti"yə isrinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri avqustun 10-u Benqazi şəhərində BMT konvoyuna edilən hücumu qətiyyətlə pisləyir. Hücumu həyata keçirilənlər müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdırlar".

Xatırladaq ki, avqustun 10-u Benqazi şəhərində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb. Partlayış nəticəsində BMT missiyasının 3 əməkdaşı həlak olub.