Lənkəranda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var


Digərləri 12 Avq 2019 07:55:30 197 0

Lənkəranda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılıması və köməyə ehtiyacın olması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılıması və köməyə ehtiyacın olması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.