16 yaşlı qız bıçaq xəsarətləri alıb Valideynləri "ehtiyatsızlıq" dedi


Digərləri 11 Avq 2019 23:50:00 253 0

16 yaşlı qız bıçaq xəsarətləri alıb  Valideynləri "ehtiyatsızlıq" dedi

Qax rayonunun Zəyəm kənd sakini 16 yaşlı Muradlı Aysun Mahir qızı bıçaq xəsarəti alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 bıçaq zərbəsi alan yeniyetmə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstəyə qarın boşluğunda dərinə nüfuz etməyən, qarın boşluğunda cırılmış-deşilmış iki bıçaq yarası diaqnozu qoyulub.

Xəstə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Qızın valideyinlərinin dediyinə görə, hadisə evdə iş görən zaman ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.