Azərbaycan hərbi həkimləri "Hərbitibbi estafet" müsabiqəsinin növbəti mərhələsində


Digərləri 11 Avq 2019 20:20:00 249 0

Azərbaycan hərbi həkimləri "Hərbitibbi estafet" müsabiqəsinin növbəti mərhələsində

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində Özbəkistanda keçirilən "Hərbi-tibbi estafet" müsabiqəsində hərbi həkimlər "Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi" mərhələsində bacarıqlarını sınayıblar.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, səhra şəraitində baş tutan yarışda hərbi həkimlər yaralı və xəsarət alan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi, onun şərti düşmənin atəşi altından çıxarılaraq ixtisaslı yardımın göstəriləcəyi məntəqəyə çatdırılması və digər tapşırıqları normativlərə uyğun olaraq icra ediblər.

Azərbaycan hərbi həkimlərinin də iştirak etdiyi müsabiqəyə 11 ölkənin komandası qatılıb.