Braziliyada silahlı hücum: 5 nəfər öldürülüb


Digərləri 11 Avq 2019 19:50:30 214 0

Braziliyada silahlı hücum: 5 nəfər öldürülüb

Braziliyanın Mostardas şəhərində gecə klublarından birinə silahlı hücum edilib

Bakı. Braziliyanın Mostardas şəhərində gecə klublarından birinə silahlı hücum edilib. Trend-in məlumatına görə, nəticədə 5 nəfər ölüb, dörd nəfər ağır yaralanıb. Silahlı şəxslər üzlərini gizlədiblər və klubda olan şəxslərin qiymətli əşyalarını, telefonlarını və pulqablarını götürdülər. Hazırda polis onların yaxalanması üçün axtarış-əməliyyat tədbirləri həyata keçirir.