Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib


Digərləri 11 Avq 2019 17:26:46 224 0

Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib

Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib

Bakı. Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib. Trend xəbər verir ki, Xantı-Mansiyskdə 128 şahmatçının, o cümlədən Azərbaycanın 5 şahmatçısının qatılacağı nüfuzlu yarışda ilk rəqiblər məlum olub. Birinci turda Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov farerli Helci Deam Ziska, Arkadi Naydiç almaniyalı Niklas Huşenbert, Eltac Səfərli ameriaklı Sem Şankland, Nicat Abbasov polşalı Kasper Piorunla mübarizə aparacaqlar. Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.