Türkiyənin bilmədiyiniz kurortları


Digərləri 11 Avq 2019 14:06:00 215 0

Türkiyənin bilmədiyiniz kurortları

İnanılması çətin olsa da, amma büdcəli turistləri maqnit kimi özünə çəkən, onları "hər şey daxil" sistemi ilə cəlb edən Türkiyədə də sakit, xəlvəti və ardı-arası kəsilməyən turistlərin axınına uğramayan yerlər mövcuddur.

Son.az AZƏRTAC-a istinadən qələbəliyi sevməyən turistlərin xoşuna gələcək Türkiyə kurortlarından bəhs edəcək.

Bu cür heyrətamiz məkanlardan biri Fəthiyənin ətrafında yerləşən Çalış qəsəbəsidir. Burada demək olar ki, elə bir infrastruktur yoxdur: sahilboyu tikilmiş kiçik otellər və Avropa və Şərq mətbəxlərinin nümunələrinin təqdim edildiyi bir iki balaca restoran. Amma sərbəst, təmiz və çox gözəl çimərliklər (doğrudur, rezin ayaqqabı ilə üzmək məsləhət görülür, çünki dənizin dibi daşlıdır) istirahət üçün çox əladır. Şəhər əyləncələrində iştirak etmək üçün isə piyada Fəthiyəyə getmək mümkündür.

İntrovert kurort həvəskarları üçün ən yaxşı istirahət məkanlarından növbətisi isə ecazkar dağ-dəniz mənzərəsi olan Ölüdənizdir. Buradakı mərkəzi Laquna sahilində səs-küylü ola bilər (insanlar idmanla məşğul olur və uşaqlarla istirahət edirlər), amma ətrafdakı Kidrak çimərliyində və nəhayətsiz qumluqları olan uzaqdakı Patara-Biçdə çox sakit və rahat şərait var.

Ölüdənizdə sakit dincəlmək istəyənlər tələsməlidir: ətrafda sürətlə tipik otel kompleksləri tikilir. Məzuniyyəti oktyabra da planlaşdırmaq məsləhət deyil, çünki hava oyunları festivalı şəhəri yerli həvəskarların toplaşdığı mərkəzə çevirir.

Dənizin kənarında, qumluqda uzanıb dincəlməklə yanaşı ekskursiyalara getmək istəyənlər üçün Olimposa yollanmaq məsləhət görülür. Zəngin tarixi olan bu qədim şəhər günümüzdə milli park statusu alıb və bu səbəbdən burada turizmi inkişaf etdirmək qadağan edilib. Burada otellərin yerinə koloritli pansionatlar, hətta ağaclarda tikilmiş bunqalo və taxtadan evlər mövcuddur. Çınqıllı, təmiz və dəniz tısbağalarının bol olduğu çimərlik, habelə Likiya sərdabaları, akropol və Yanartaş dağının ətəyi bu yerlərə xüsusi gözəllik bəxş edir.

(adsgarden = window.adsgarden || []).push({});