Çində “Lekima” qasırğası


Dünya 11 Avq 2019 12:58:00 251 0

Çində “Lekima” qasırğası

Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 28-ə çatıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntıya səbəb olub. Belə ki, Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Palçıq axını çayın qarşısını kəsib və daşqın suları qəsəbəni basıb. Vilayətdə 173 min hektar əkin sahəsi daşqın sularının atında qalıb, 34 min ev zərər görüb.

20 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. Cıcian vilayətində qasırğanın törətdiyi fəsadlar 5 milyona yaxın sakinə mənfi təsir edib. Ümumi maddi zərər 14,57 milyard yuan (təxminən 2,1 milyard ABŞ dolları) qiymətləndirilir.

"Lekima" hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək. Hava limanlarından 47 təyyarənin uçuşu təxirə salınıb.