Suriya ordusu İdlibin “qapısı”nı azad etdi


Dünya 11 Avq 2019 12:34:04 214 0

Suriya ordusu İdlibin “qapısı”nı azad etdi

Suriya ordusu strateji cəhətdən vacib Əl Hubayt şəhərini azad edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Əl Vətən" qəzeti məlumat yayıb.

"Ordu "Nüsrə Cəbhəsi" və onun müttəfiqlərini ciddi zərbələr endirərək Əl Hubayt şəhərini ələ keçirib. Sağ qalan terrorçular Xan-Şeyxuna qaçıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Əl Hubayt "Nüsrə Cəbhəsi"nin mühüm qalası və İdlibin "qapısı" hesab olunurdu.