Dənizdə dalğanın hündürlüyü 5,8 metrə catdı


Digərləri 11 Avq 2019 11:48:05 201 0

Dənizdə dalğanın hündürlüyü 5,8 metrə catdı

Bu gün Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir

Bakı. Bu gün Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib. Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır.