Bakıda minik avtomobili yük avtomobili ilə toqquşub: ölənlər var


Digərləri 11 Avq 2019 11:26:02 201 0

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşub: ölənlər var

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub

Bakı. Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub. Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.