Braziliyada gecə klubuna hücum:


Dünya 11 Avq 2019 09:12:00 191 0

Braziliyada gecə klubuna hücum:

Braziliyanın cənubundakı Rio Qrande du Sul ştatında yerləşən gecə klubuna edilən hücum nəticəsində 5 nəfər həlak olub, dörd nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli xəbər portalı "Qauşaz" bildirib.

Məlumata əsasən, gecə klubuna quldurlar tərəfindən hücum edilib.Cinayətkarlar musiqini söndürməyi tələb ediblər, sonra oradakı qadınlardan birini vurublar. Sonra digər adamlara atəş etməyə başlayıbar.

Yaralananlar ağır vəziyyətdə bölgənin paytaxtı Porto Alegredəki xəstəxanalara göndərilib.