Norveçdə məsciddə atışma olub: bir nəfər ölüb


Dünya 10 Avq 2019 21:57:00 237 0

Norveçdə məsciddə atışma olub: bir nəfər ölüb

Norveçin Oslo şəhəri yaxınlığında atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin yaxınlığındakı Berum kommunasında yerləşən məsciddə baş verib. Nəticədə 1 nəfər ölüb, cinayətkar həbs olunub.

Bildirilir ki, atışmada 1 nəfər xəsarət alıb. Polis əməkdaşları hadisə yerində işləyir.

Hadisədən dəymiş zərərin miqdarı məlum deyil. Məsciddə bir neçə ədəd silah tapılıb.