Duaları qəbul olunanlar və duaları qəbul olunmayanlar


Digərləri 10 Avq 2019 20:45:00 235 0

Duaları qəbul olunanlar və duaları qəbul olunmayanlar

İnsanın duası əgər xalis olarsa və həmçinin lazım olan şəraitlərə malik olarsa, yəni dua edən zaman insan haram maldan və napak tikədən uzaq olarsa, insanların haqqına təcavüz etməzsə, duası itaətkarcasına olarsa - bu insanın duası qəbul olar.

O insan ki, haram yeyir və Allahın vacibatlarını malında yerinə yetirmir, rüşvət yeyir, sələm yeyir, qəsb edəndir - bu insanın duası qəbul olmaz.

Allah Təala duanın yerinə yetmək şərtini Həzrət Musaya (ə) buyurmuşdu: "Ey Musa! Təkəbbürdən boş olan ürəklə dua et!".

Bu təkəbbür insanlara salam verməkdən başlayıb, Allahla rəftara qədər gəlib çıxır. Etikaf əməlinin son günündə dua vardır ki, orada deyilir: "Nə zaman səcdəyə getsən, çalış göz yaşı tök. Hətta əgər milçəyin qanadı qədər olsa belə". Bu, duanın yerinə yetmə nişanələrindəndir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah qorxusundan ağlamaq - rəhmətin açarı, əməllərin qəbul olmaq nişanəsi və duaların yerinə yetmək yoludur".

Həzrət (s) başqa yerdə buyurur: "Nə zaman bəndə Allah qorxusundan ağlayar - günahları tökülər, necə ki, yarpaq ağacdan tökülər. Anadan olduğu gün kimi pak olar".

İmam Əli (ə) buyurur: "Gözlərin ağlaması və qəlbin təvazökarlığı İlahi rəhmətdən qaynaqlanır. Nə zaman onu əldə etsəniz, dua etməyi qənimət bilin".

(adsgarden = window.adsgarden || []).push({});