Liviyada BMTnin iki əməkdaşı öldürülüb


Dünya 10 Avq 2019 19:42:00 288 0

Liviyada BMTnin iki əməkdaşı öldürülüb

Liviyanın şərqindəki Benqazi şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının bu ölkədə fəaliyyət göstərən missiyasının iki əməkdaşı ölüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Liviyada fəaliyyət göstərən həkim qrupu verib. Agentliyin reportyoru Benqazi hospitalında həlak olan şəxslərin sənədləri ilə tanış olub və onların BMT-nin Liviya Missiyasının (UNSMIL) əməkdaşları olduqlarını müəyyən edib.

UNSMIL-in sözçüsü Jan Al Alam BMT-nin əməkdaşlarının həlak olması xəbəri ilə bağlı sualları cavablandırmayıb.