Şəbnəm yol qəzasında ağır yaralanıb?


Şou-biznes 10 Avq 2019 18:25:00 192 0

Şəbnəm yol qəzasında ağır yaralanıb?

Müğənni Şəbnəm Tovuzlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, bu gün Bakı-Qazax yolunda yol baş verən qəzanın səbəbkarının ifaçının olduğu bildirilib. Hətta qəza zamanı Şəbnəm Tovuzlunun da xəsarət aldığı iddia edilib. 

Yayılan məlumatlarla bağlı musavat.com saytına açıqlama verən müğənni xəbəri yalanlayıb:

"Yalan xəbərdir. Mən qəza törətməmişəm. Qəzada da ağır yaralanmamışam. Qohum-qonşu bayaqdan mənə zəng edir, narahatdırlar. Xahiş edirəm ki, haqqımda bu cür yalan xəbərlər yazılmasın. Yaxınlarım narahat olur. Qarşıda konsertlərim var, onlara ciddi hazırlaşıram. Beynimin bu cür xəbərlərlə yorulmasını istəmirəm.Yeni fotosessiya etmişik, "Dərmanımdır" adlı mahnım da hazırdır. Yaxın günlərdə təqdim olunacaq.