Rusiyada qvardiyaçılara atəş açıldı:


Dünya 10 Avq 2019 17:13:00 162 0

Rusiyada qvardiyaçılara atəş açıldı:

Rusiyanın Tümen şəhərində naməlum şəxs Federal Milli Qvardiya Qoşunları Xidmətinin əməkdaşlarına atəş açıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Xidmətin rəsmi nümayəndəsi Valeri Qribakin deyib.

Onun sölzərinə görə, bir qvardiyaçı odlu silahdan açılan atəş nəticəsində yaralanıb: "Hazırda onun həyatı üçün təhlükə yoxdur. Keşik çəkən qvardiyaçılar şübhəli kişiyə yaxınlaşan zaman o, qvardiyaçılara tərəf naməlum əşya tullayıb və silahdan atəş açıb".

V.Qribakin qeyd edib ki, hadisə yerindən qaçmaq istəyən şübhəli saxlanılıb və zərərsizləşdirilib: "Hücum edən kişi ayağından yaralanıb. O, xəstəxanaya yerləşdirilib".