İranda qum qasırğası 465 nəfəri xəstəxanalıq etdi


Dünya 10 Avq 2019 16:15:00 251 0

İranda qum qasırğası 465 nəfəri xəstəxanalıq etdi

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində son günlər qum qasırğası nəticəsində 465 nəfər xəstəxanaya müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu vilayətin Fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, pasiyentlər nəfəs, göz və ürək çatışmazlığına görə müraciət ediblər.

Müraciət edənlərdən 127-i stasionar müalicəyə götürülüb.