Məşhur futbolçunun parçalanmış bədənini yayan şəxslər həbs olunacaqlar FOTO


Dünya 10 Avq 2019 16:08:00 273 0

Məşhur futbolçunun parçalanmış bədənini yayan şəxslər həbs olunacaqlar  FOTO

Məşhur futbolçu Emiliano Salanın parçalanmış bədəninin görüntülərini sosial mediada yayan iki şəxsi həbs cəzası gözləyir.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, Sala bu il yanvarın 21-də Fransadan - sabiq klubunun yerləşdiyi Nant şəhərindən Uelsə-Cardiff City klubuna gedən zaman, göyərtəsində olduğu tək mühərrikli Piper Malibu təyyarəsi La-Manşda yoxa çıxmışdı. Dünyanın hər bir tərəfindən olan futbol həvəskarları 28 yaşlı argentinalı hücumçunun itkin düşməsindən sonra möcüzəyə ümid etsələr də möcüzə baş vermədi.

Təyyarənin qalıqları 3 fevral tarixində tapılıb və 3 gün sonra özəl maliyyə dəstəyilə futbolçunun cəsədinin axtarışı bərpa edilib. Ötən günlərdə isə futbolçunun bədəninin parçalanmış şəkillərini yayan iki şəxsi polis müəyyən edib. Deyilənə görə, onları həbs cəzası gözləyir.


Xəbərə aid fotolar