Atambayevin əmlakına həbs qoyuldu


Dünya 10 Avq 2019 13:32:00 199 0

Atambayevin əmlakına həbs qoyuldu

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub.

Son.az Trend-ə istinadən xəbər verir ki, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır. Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.