Qorbaçovun vəziyyəti ağırdır


Dünya 10 Avq 2019 13:19:00 229 0

Qorbaçovun vəziyyəti ağırdır

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun vəziyyəti ağırlaşıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Aleksey Venediktov məlumat yayıb. 

Onun sözlərinə görə, Qorbaçov son 6 ayı, demək olar ki, xəstəxanada keçirib. 

Venediktov qeyd edib ki, o, ara-sıra eks-prezidentlə görüşür: "Beyni ilə bağlı hər şey qaydasındadır. Çox çətin yeriyir, üst-üstə xeyli xəstəliyi var. Son 2 ildir ki, vəziyyəti çox ağırdır".