Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirib (FOTO)


Digərləri 10 Avq 2019 11:00:00 51 0

Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirib (FOTO)

Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirmişdir.

Bakı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları ilə Respublikanın regionlarında qurulmuş müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirir, istehsal olunan məhsullar daxili bazarda və ixracda böyük uğurlar qazanır. 9 avqust 2019-cu il tarixində Qazax Sement Zavodu ərazisində zavod əməkdaşlarının iştirakı ilə bu ilin ilk 7 ayının yekunları və Qurban Bayramı münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə yerli və alman mütəxəssislər zavodun 2019-cu ildə satış, rebrendinq, sement, beton, qum-çınqıl istehsalı sahəsində əldə etdiyi uğurlar, Respublikada ilk dəfə istifadəyə verilmiş mobil beton laboratoriya və beton leqo blokların istehsalına başlaması barədə məlumat verdilər. Qeyd edildi ki, zavodda aparılmış islahatlar və istehsalata yönəldilmiş investisiya nəticəsində zavoda yeni avadanlıqlar quraşdırılaraq istehsal gücü artırılmış, qaz və işıq sərfiyyatı azaldılaraq Avropa ölkələrinin sement zavodlarının sərfiyyatlarına uyğunlaşdırılmışdır. 2019-cu ilin İyul ayında 2018-ci ilin orta göstəriciləri ilə müqayisədə klinker istehsalı 7.5 %, sement istehsalı 25 % artaraq Qazax Sement Zavodunun tarixində ən yüksək nəticə əldə olunmuşdur. Qazax Sement Zavodu MMC regionun sosial – iqtisadi inkişafına da daim öz dəstəyini göstərməkdədir. Belə ki, Tovuz rayonunda inşa olunan ABAD layihəsi çərçivəsində Qazax Sement Zavodu MMC-nin sponsorluğu ilə “Bitkilərin qurudulması və emalı müəssisəsi” tam inşa edilərək bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Zavod Azərbaycan Güləş Federasiyası ilə sponsorluq müqaviləsi bağlayaraq,Tovuz Güləş klubunun maddi – texniki təchizatını da həyata keçirmişdir. Zavodun həyata keçirdiyi digər bir layihə çərçivəsində regionda yaşayan orta təhsilli gənclər təcrübə proqramı çərçivəsində zavodda işlə təmin edilmişdir. Bundan əlavə ilin sonunadək zavoda yaxın kəndlərdə uşaq bağçalarının tikintisi və əsaslı təmiri də planlaşdırılır. Qazax Sement Zavodu MMC yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, regionda keçirilən sosial və digər yönümlü tədbirlərdə fəal iştirak edir.
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq like
  • 10 Avq 10:55  
Digərləri Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi

arrow Ətraflı
Əbubəkr Bağdadi varisini elan etdi like
  • 10 Avq 10:50  
Dünya Əbubəkr Bağdadi varisini elan etdi

"İraq və Şam İslam Dövləti"( İŞİD) terror təşkilatının li

arrow Ətraflı
Rəqqasə prezidentliyə namizəd oldu  FOTO like
  • 10 Avq 10:43  
Dünya Rəqqasə prezidentliyə namizəd oldu FOTO

Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəq

arrow Ətraflı
Qurban bayramı ərəfəsində əhaliyə mühüm like
  • 10 Avq 10:37  
Digərləri Qurban bayramı ərəfəsində əhaliyə mühüm

Qurban bayramı ilə bağlı aidiyyəti qurumların mətbuat katibləri və 50-d

arrow Ətraflı
Aygünün sinə dekoltesinə bu dəfə tərif yağdı like
  • 10 Avq 10:30  
Şou-biznes Aygünün sinə dekoltesinə bu dəfə tərif yağdı

Xalq artisti Aygün Kazımova yeni görüntülərini izləyiciləri ilə bölü

arrow Ətraflı
Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi like
  • 10 Avq 10:25  
Digərləri Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi

Qurban bayramı ilə bağlı aidiyyəti qurumların mətbuat katibləri və 50-d

arrow Ətraflı
İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək like
  • 10 Avq 10:18  
Dünya İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda

arrow Ətraflı
İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək like
  • 10 Avq 10:10  
Digərləri İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda

arrow Ətraflı
İstirahət günlərində hava 38 dərəcəyədək isinəcək like
  • 10 Avq 10:03  
Digərləri İstirahət günlərində hava 38 dərəcəyədək isinəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərində göz

arrow Ətraflı
Pirşağı çimərliyində villa like
  • 10 Avq 09:58  
Digərləri Pirşağı çimərliyində villa

Pirşağada dənizə doğru uzanan villaların hasaları sökülüb.

arrow Ətraflı