Suraxanıda 3 otaqlı mənzil külə dönüb


Digərləri 10 Avq 2019 09:47:00 223 0

Suraxanıda 3 otaqlı mənzil külə dönüb

Bakı şəhərində 5 mərtəbəli yaşayış binasında mənzil yanıb.

Son.az FHN-ə istinadən xəbər verir ki, yanğın paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.