Qaradağda avtomobillə vurulan Sabirabad sakini yerindəcə ölüb


Digərləri 10 Avq 2019 08:53:00 223 0

Qaradağda avtomobillə vurulan Sabirabad sakini yerindəcə ölüb

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, avqustun 8-də saat 14 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Neftçala rayon sakini Ə.Kərimov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Novruz Novruzovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.