Game of Thronesun yaradıcıları Netflix ilə əməkdaşlıq edəcək


Digərləri 10 Avq 2019 08:35:00 223 0

Game of Thronesun yaradıcıları Netflix ilə əməkdaşlıq edəcək

''Game of Thrones'' serialının yaradıcıları David Benioff və D.B. Weiss bir çox studiya arasından Netflix-i seçərək müqavilə bağlayıb.

Son.az chip.az-a istinadən bildirir ki, ''Game of Thrones'' serialı hər nə qədər xəyal qırıqlığı ilə bitsə də, adını yaddaşlara salmağı bacararaq, böyük bir uğur qazanıb. Bu nailiyyəti David Benioff və D.B əldə edib. Serialın ssenarisini yazan ikili, HBO-dan ayrıldıqlarını açıqlamışdı.

İkilinin HBO-dan ayrıldığı andan etibarən studiyalar arasında rəqabət artmışdı.Nəhayət, ən yaxşı təklik irəli sürən Netflix oldu.

Netflix-in rəsmi razılığına əsasən, onlar  yayım platforması üçün yeni filmlər və seriallar yazacaq, və istehsal edəcək. Razılaşmanın təfərrüatları barədə çox məlumat olmasa da, şirkətə yaxın mənbələr Netflix-in bu sövdələşmədə 100 milyon dollardan çox pul ödəməyə razı olduğunu söyləyib.

Netflix-dən əlavə, HBO / Warner Media, Disney, Comcast, Amazon və Apple kimi şirkətlər də onlarla işləməyi təklif etmişdilər.

(adsgarden = window.adsgarden || []).push({});