Aİ Facebooka xəbərdarlıq edəcək


Digərləri 10 Avq 2019 07:11:00 221 0

Aİ Facebooka xəbərdarlıq edəcək

İyulun 30-da Avropa İttifaqı Ali Məhkəməsi "Facebook" sosial şəbəkəsinin "Like" düyməsini öz veb saytlarına inteqrasiya edən şirkətlərin istifadəçilərdən fərdi məlumatların ABŞ-a ötürülməsi üçün razılıq alması ilə bağlı qərar çıxarıb. Bu barədə Aİ qanunvericiliyində deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, hazırda məlumatların ötürülməsi ilə bağlı qərar istifadəçi tərəfindən əlavə təsdiqsiz və onun "Facebook" sosial şəbəkəsinin hesabı olmadan həyata keçirilir. Beləliklə, Aİ-nin fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq bu pozuntudur ki, onu da aradan qaldırmaq tələb olunur.

Avropa İstehlakçılar Təşkilatının nümayəndələrinin sözlərinə görə, qərar istifadəçilərin məlumatların toplanılması və onların veb saytlar tərəfindən necə istifadə olunması haqqında daim məlumat almaq hüququnu nəzərdə tutur.

Bununla yanaşı, artıq Almaniyanın "Bitkom" onlayn biznes Ticarət Federasiyası məhkəmənin qərarını tənqid edərək bunun istifadəçi məlumatlarının mühafizəsinə deyil, bürokratiyanın artmasına xidmət edəcəyini bildirib. Federasiya təmsilçisi Bernard Rolderin sözlərinə görə, qərar təkcə "Facebook" deyil, eyni zamanda digər sosial şəbəkələrə və Aİ biznes sektoruna təsir göstərəcək.

(adsgarden = window.adsgarden || []).push({});