Pompeo: ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar


Digərləri 10 Avq 2019 03:25:00 178 0

Pompeo: ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar

Türkiyə və ABŞ Ankarada keçirilən danışıqlar zamanı Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar

Bakı. Türkiyə və ABŞ Ankarada keçirilən danışıqlar zamanı Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb. M.Pompeo bildirib: "Şadam ki, ABŞ və Türkiyə arasında keçirilən danışıqlar Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlərin həlli üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Təhlükəsizlik zonalarının yaradılması sülh və təhlükəsizliyə nail olmaq yolunda böyük bir addım olardı".