Nigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilib


Digərləri 10 Avq 2019 00:21:00 230 0

Nigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilib

Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 10 türk dənizçi azad edilib

Bakı. Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 10 türk dənizçi azad edilib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, azad edilən dənizçilərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Xatırladaq ki, iyulun 13-ü Nigeriya sahillərində Türkiyə bayrağı altında üzən “Paksoy-I” gəmisinə dəniz quldurları tərəfindən silahlı hücum edilib. Hücum zamanı gəmidə 18 nəfər olub və onlardan 10-u girov götürülb.