Şirvanda mənzildən qadın meyiti tapılıb


Digərləri 09 Avq 2019 22:15:00 221 0

Şirvanda mənzildən qadın meyiti tapılıb

Fövqəladə Hallah Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı. Fövqəladə Hallah Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Mirzəyeva Zemfira Mirməmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.