Kompüter və maqnitrezonans tomoqrafiyasının fərqi


Digərləri 09 Avq 2019 21:40:00 259 0

Kompüter və maqnitrezonans tomoqrafiyasının fərqi

Müasir tibdə müxtəlif rentgen aparatlarının kəşfi xəstəliklərin diaqnozunun qoyulmasını asanlaşdırmaqla müalicəni daha da səmərəli edir. Əvvəllər daxili xəstəliklərin diaqnozu ultrasəs və rentgen vasitəsilə müəyyən edilirdi. Amma kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyasının meydana çıxması diaqnozun daha dəqiq olmasını təmin edir. Kompüter tomoqrafiyasının üstünlükləri və zərərləri nədir?

Son.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb İdarəsinin həkim-radioloqu Elşən Rəhimov həmin sualın cavabında AZƏRTAC-a bildirib ki, kompüter tomoqrafiyası rentgen şüaları vasitəsilə müayinə metodlarından ən müasiri hesab edilir: "Həmin müayinə metodu zamanı rentgen şüaları orqanizmə daxil olur və daxili orqanların şəkli plyonkada daha iri şəkildə fokuslaşır. Kompüter tomoqrafiyası aparatının üstünlüyü rentgen şüalarının dairəvi dalğalarla xəstənin bütün toxumalarına daxil olması və hətta xəstənin uzandığı stola qədər nüfuz etməsidir. Həmin şüalanma daxili orqanların bütün nöqtələrinin görünməsinə şərait yaradır. Kompüter tomoqrafiyası orqanların üç istiqamətdə şəklini çəkə bilir və tam diaqnoz qoyulmasını təmin edir. Aparatın xəstə orqana tərəf dəqiq yönəldilməsi diaqnozun dəqiqliyini təmin edir. Kompüter tomoqrafiyası şiş, daş və kistaların da müayinəsində əvəzolunmaz rol oynayır".

Maqnit-rezonans tomoqrafiyası haqqında isə həkim-radioloq deyib: "Maqnit rezonans tomoqrafiyasının da müayinə üsulları kompüter tomoqrafiyasının müayinə metodlarına əsaslanır. Aparatların fərqi maqnit-rezonans tomoqrafiyasının elektromaqnit dalğaları ilə fəaliyyət göstərməsidir. Həmin müayinə zamanı elektromaqnit dalğaları orqanları hüceyrə səviyyəsində müayinə edir və proyeksiyanı çəkir.

Kompüter tomoqrafiyasının maqnit-rezonans tomoqrafiyasından fərqi onların şüalanmasının fərqli olmasıdır. Kompüter tomoqrafiyasından ən çox dişlərin və sümük, oynaq, baş-beyin zədələnmələri, müxtəlif travmalar zamanı qanaxmalar baş verdikdə, onurğayırtığı, osteoxondroz, skolioz, döş qəfəsi orqanlarının, qalxanvari və qalxanabənzər vəzin müayinəsi, mədə və bağırsaqların, damarlarda baş verən xəstəliklərin, sidik sistemi orqanlarının müayinəsi zamanı istifadə edilir. Maqnit-rezonans tomoqrafiyadan isə sümük və damar sistemi xəstəliklərinin, yumşaq toxumaların müayinəsində istifadə edilir. Həmin müayinələrə yumşaq toxumalarda şiş xəstəlikləri şübhəsinin olması, beyin qan dövranının və onurğa beynin müayinəsi, baş-beynin və onurğa beynin müayinəsi, sinir sistemi xəstəliklərinin, sklerozun və insultun müayinəsi, əzələlərin və bağların müayinəsi, sümük üstü nahiyənin müayinəsi aiddir. Həmin xəstəliklərin hər biri üçün kompüter və maqnit-rezonans müayinəsi göstəriş sayılır. Müayinə xəstənin uzanıqlı vəziyyətində həyata keçirilir. Təxminən 30-40 dəqiqə davam edən müayinə zamanı xəstənin hərəkətsizliyi təmin edilir. Bəzi xəstələrə müayinə zamanı sakitləşdirici vermək lazım gəlir və bu, ən çox nevroloji və azyaşlı uşaqların müayinəsi zamanı lazım gəlir. Hamilə qadınların maqnit-rezonans tomoqrafiyası müayinəsinə həkimlər yalnız hamiləliyin ilk üçaylığı zamanı icazə vermirlər. Müayinə zamanı xəstələrdən diş protezlərini, eynəklərini və bəzək əşyalarını çıxarmaq tələb olunur. Sidik ifrazı sisteminin və ginekoloji orqanların müayinəsi zamanı isə xəstələrdən sidik kisəsinin dolu olması tələb olunur".

(adsgarden = window.adsgarden || []).push({});