Boyunda xırçıltı nədən xəbər verir? Şaqqıldatmağın fəsadları


Digərləri 09 Avq 2019 20:55:00 267 0

Boyunda xırçıltı nədən xəbər verir?  Şaqqıldatmağın fəsadları

Boyun onurğanın ən vacib və hərəkətli hissəsidir. Boyuna düşən gündəlik yük də çoxdur. Boyunda 7 onurğa fəqərəsi var, məhz burdan magistral damarlar, yuxu arteriyaları, vacib sinir kökləri keçir. Ona görə boyunda ən kiçik problem onurğa və baş beyin üçün ciddi nəticələr verə bilər. Boyun həm də incə hissədir, ona görə onunla ehtiyatlı davranmaq lazımdır.

Son.az medicina.az-a istinadən boyunda xırçıltı, şaqqıltı olmasının səbəblərini təqdim edir.  Xırçıltı 2 cür olur: ağrılı və ya ağrısız.

Ağrısız xırçıltı bu hallarda olur:

-Boynunu həddən artıq çox hərəkət etdirənlərdə, arıq insanlarda -Kalsium mübadiləsi pozulmasında -Boynun əzələ və bağ aparatına duz yığılmasında -Döndərici və əyici əzələnin spazmı

-Döş qəfəsində əyilmə, skolioz, kifoz zamanı boyun fəqərələrinin qeyri-düzgün yerləşməsi -Oynaqətrafı mayedə azot qabarcıqları və karbon oksid qazının çox yığılması

Başı sağa-sola əyəndə, boynu çevirəndə ağrılı xırçıltının səbəbləri:

-Daha mürəkkləb patologiyalardan xəbər verir: ostexondroz, fəqərə yırtığı, spondilyoz, boyun əzələlərinin, damarlarının müxtəlif xəstəlikləri Ostexondroz zamanı boyun fəqərələri yeyilir, sıxılır, formasını dəyişir, amortizator rolunu itirir və sinirlər, damarlar sıxılır.  Bu zaman boyun xırçıldayan zaman ağrılı olur və ağrı qola verir. Xəstədə bağ ağrısı, ayaqlarda hissiyatsızlıq, keyimə, başgicəllənmə də olur.

Müalicə

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid foto