Qum qasırğası İranın vilayətini iflic etdi


Dünya 09 Avq 2019 20:19:40 236 0

Qum qasırğası İranın vilayətini iflic etdi

İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.