Qum qasırğası İranın vilayətini iflic etdi


Digərləri 09 Avq 2019 20:11:00 184 0

Qum qasırğası İranın vilayətini iflic etdi

İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib.

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib. Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.