Tovuzda ağır qəza:


Digərləri 09 Avq 2019 18:53:33 273 0

Tovuzda ağır qəza:

Tovuz şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, avqustun 8-də saat 23 radələrində Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi "VAZ-21011", Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi "Daewoo" və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun sərnişinlərindən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.