Atambayevin oğlu istintaqa çağırıldı


Dünya 09 Avq 2019 17:39:00 261 0

Atambayevin oğlu istintaqa çağırıldı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu Seyitbek Atambayev ifadə vermək üçün Daxili İşlər Nazirliyinə çağırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu onun vəkili bildirib.

Vəkil S.Atambayevin hansı məsələrlə bağlı sorğu-sual olunduğu barədə məlumatı olmadığını qeyd edib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.