Suriyada türklərə hücum olub, iki hərbçi yaralanıb


Digərləri 09 Avq 2019 16:49:10 234 0

Suriyada türklərə hücum olub, iki hərbçi yaralanıb

Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə hücum edilib

Bakı. Rufiz Hafizoğlu - Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə hücum edilib. Trend-in məlumatına görə, hadisə nəticəsində iki türk hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hücumu PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG terrorçuları törədib.