Honkonq aeroportunda mitinq var


Dünya 09 Avq 2019 15:49:00 266 0

Honkonq aeroportunda mitinq var

Honkonqda yüzlərlə etirazçı hava limanının gözləmə zalında oturaq aksiya keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, etirazçılar sərnişinlərə şəhərdəki böhran vəziyyəti ilə əlaqədar vərəqələr paylayır.

Etiraz edənlər heç bir zorakılıq aktı həyata keçirməyəcəklərini, aeroportun işinə mane olmaycaqlarını vəd ediblər.

Qeyd edək ki, iyulun 26-da da bu cür aksiya keçirilmiş və bu aksiyada 15 minədək şəxs iştirak etmişdi.