Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçirilmiş tеst imtаhаnının NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 09 Avq 2019 15:36:00 177 0

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçirilmiş tеst imtаhаnının NƏTİCƏLƏRİ açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən Trend-ə bildirilib ki, Mərkəz Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.