Bakıda avtobus minik maşını ilə toqquşub


Digərləri 09 Avq 2019 14:52:00 191 0

Bakıda avtobus minik maşını ilə toqquşub

Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib. Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.