Ana və 6 aylıq qızı qəzada yaralandı


Digərləri 09 Avq 2019 12:25:25 234 0

Ana və 6 aylıq qızı qəzada yaralandı

Aeroport yolunda - "Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb.

Bakı. İlhamə İsabalayeva - Aeroport yolunda -"Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası, 6 aylıq qızı isə qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar. Onlar hadisə şahidlərinin köməyi ilə Elmi Tədqiqat Pedriatriya İnstitutuna gətiriliblər. Yaralılar daha sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda onların müalicələri davam edir.