Qurban ətləri pulsuz müayinə olunacaq (FOTO)


Digərləri 09 Avq 2019 11:58:00 218 0

Qurban ətləri pulsuz müayinə olunacaq (FOTO)

Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.

Bakı. Elçin Mehdiyev – Qurban bayramı ərəfəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laboratoriyaları pulsuz xidmət göstərəcək. Trend-in məlumatına görə, bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. Q.Əbdüləliyevin sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək: