Məşhur bəstəkar Nərgizə qadağa qoydu


Digərləri 09 Avq 2019 11:47:00 190 0

Məşhur bəstəkar Nərgizə qadağa qoydu

Rusiyanın məşhur bəstəkar və müğənnisi Maksim Fadeyev ekstravaqant müğənni Nargiza bəstələrini oxumağa qadağa qoyub.

Son.az ölkə.az-a istinadən bildirir ki, avqust ayında turneyə hazırlaşan müğənniyə bu qadağa əməlli şok yaşadıb.

Fadeyevin musiqi şirkəti gözlənilmədən, heç bir açıqlama verməyərək, müğənniyə müqavilənin ləğv olunması barədə rəsmi məktub göndərib. Şərtə görə, müğənni bundan sonra onun mahnılarını oxuya bilməz.

Nəzərə alsaq ki, Nərgizin yaradıcılığının yarısından çoxu Maksim Fadeyevin bəstələridi, başa düşərik ki, bu Nargiz üçün böyük zərbədir.